Region seçimi:

AVTONƏQLİYYAT SIĞORTASI

YNH baş verdikdə:
 

  • Nə vaxt və harada olduğunuzdan asılı olmayaraq DƏRHAL aşağıda göstərilmiş növbətçi nömrələrlə bizə zəng edin. Telefonlar həftənin 7 günü 24 saat xidmətinizdədir.
  • Assistant Şirkətinin əməkdaşı və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalı nəqliyyat vasitəsini hadisə yerindən götürməyin və hadisə yerini tərk etməyin.
  • Zəng edib hadisə haqqında səlahiyyətli dövlət orqanına məlumat verin.

Sığorta hadisəsinin tənzimlənməsi üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:
 

  • Sığorta olunanın sığorta hadisəsi haqqında ərizəsi;
  • Sığorta müqaviləsinin (şəhadətnaməsinin) əsli;
  • Sığorta olunanın şəxsiyyətini təsdiq edən sənədlər, sığorta olunmuş nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük sənədləri, sığorta olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (texniki pasportunun) surəti;
  • Müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş sənədlər;
  • Zərərin məbləğini təsdiq edən sənədlər;
  • Mülki Məsuliyyət sığortası müqavilələri əsasında üçüncü şəxsə ödənişin həyata keçirildiyi hallarda üçüncü şəxsin sənədləri tələb olunur.

Zəruri hallarda əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər.

Call Center qaynar xəttinin nömrələri: (050/055) 255-00-30
DİN: 102
FHN: 112