ƏMLAK
Əmlak Sığortası
Sığorta halı baş verdikdə:
Sığorta hadisəsinin baş verməsi haqqında dərhal aşağıda göstərilmiş növbətçi nömrələrlə bizə zəng edin. Telefonlar həftənin 7 günü 24 saat xidmətinizdədir.
Sığorta ödənişi haqqında qərar qəbul etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Sığorta olunanın sığorta hadisəsi haqqında ərizəsi;
- Sığorta müqaviləsinin (şəhadətnaməsinin) əsli;
- Sığorta olunmuş əmlaka sahiblik hüququnu təsdiq edən sənədlər (kupçi);
- Müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş sənədlər;
- Zərərin məbləğini təsdiq edən sənəd.
Zəruri hallarda əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər.
Call Center qaynar xəttinin nömrələri: (050/055) 255-00-30
DİN: 102
FHN: 112