
ŞİRKƏTİN PERSONALI İDARƏ ETMƏ SİYASƏTİ“Atəşgah” Sığorta Şirkəti 15 ildir ki, Azərbaycan sığorta sahəsinin lider şirkətlərindən biridir. Fəaliyyətinə 8 nəfərlə başlayan “Atəşgah” Sığorta Şirkətində hazırda işçilərin sayı 300 nəfərə yaxın təşkil edir. Bu, dəqiq işlənmiş strategiyası, korporativ mədəniyyəti, şirkətdaxili dəyərləri olan böyük bir ailədir. Bu ailənin hər bir üzvü ümumi məqsədə nail olmaq üçün yönəldilmişdir. Personalın idarəedilməsi açıq qapı siyasəti üzərində qurulmuşdur. Pozitiv əməkdaşlıq işçilərin potensial imkanlarını ortaya çıxarır və bu da öz növbəsində Şirkətin inkişafına şərait yaradır. Yaradılmış effektiv əlaqələr əməkdaşları Şirkətin fəaliyyətində aktiv iştirak etməyə sövq edir, bu isə Şirkət üçün yüksək reputasiya deməkdir. Şirkətimiz çox milli və tolerant şirkətdir. Biz bütün əməkdaşların təşəbbüs və səylərini qiymətləndirir və onlara tərəfdar çıxırıq. |