Region seçimi:

KORPORATİV KODEKS

 
Şirkət əməkdaşları üçün nəzərdə tutulmuş qaydalar toplusudur.

Burada ən vacib məqamlar qısa və aydın şəkildə göstərilmişdir, bununla yanaşı şirkətdaxili digər qaydalar da möcuddur.

Bu Kodeksdə “Atəşgah” Sığorta Şirkəti əməkdaşlarının iş prosesində özünü hansı qaydada aparmaq və işləməklə bağlı tövsiyyələr  verilmişdir.

Əməkdaş anlamalıdır ki, O, komandanın tərkib hissəsidir və hamını ümumi məqsəd, dəyər və qaydalar birləşdirir.
 

“Atəşgah” Sığorta Şirkətinin komandasına Xoş Gəlmisiniz!

Əsas dəyərlər

Bizim üçün əsas məqsəd işin gedişi yox, onun nəticəsidir. Yaxşı təşkil olunmasına baxmayaraq iş prosesi alınan nəticəyə görə qiymətləndirilir. Bu zaman dəqiqliyə riayət etmək vacib şərtdir, çünki əks halda  bu bütün komandada neqativ nəticələrə gətirib çıxa bilər. Şirkət əməkdaşlarının iş prosesində qoyulmuş müddətlərə əməl etməsi, professional cəhətdən bir-birinə arxalanması uğurlu nəticələr əldə etmək deməkdir. İşin həcmi və miqyası böyük olduqda əməkdaşların bir-birinə qarşılıqlı nəzarəti mümkünsüz olur və buna görə də komandanın hər bir üzvü bir-birinə etibar etməyi bacarmalıdır. Onların arasında qarşılıqlı nəzakət olmalı, qeyri-standart vəziyyətlərdə bir-birinə kömək etməyi bacarmalıdır.
Şirkətin bütün əməkdaşlarını birləşdirən əsas məqsəd - biznesdən əldə olunan maksimal gəlir, yəni mənfəətdir.