
RƏHBƏRLIK Tələt Səfərov İSAA və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1998-ci ildən əmək fəaliyyətinə Moskva şəhərində Bank sektorunda başlamışdır. 2007-ci ildə Azərbaycana qayıtmış və əmək fəaliyyətini “Kavkaz” SŞ-də İdarə Heyətinin sədr müavini vəzifəsində davam etdirmişdir. 2010-cu ilin 26 Noyabr tarixindən Atəşgah SŞ İdarə Heyətinin Sədri vəzifəsində calışır.
İqor Smaqa 1988-ci ildə Moskva Dövlət Elektrotexnika İnstitutunun Mikroavadanlıqlar fakültəsini və 2000-ci ildə isə Menecment ixtisası üzrə İqtisadiyyat və İdarəetmə İnstitutunun İqtisadiyyat fakültəsini bitirmişdir. 1994-cü ildən Sığorta sahəsində peşəkar fəaliyyət göstərir. 1994-2004-cü ildə Rusiya Sığorta Qrupu ROSNO –da, 2004-2009-cu illərdə Rusiyanın Kapital Sığorta qrupunda fəaliyyət göstərmişdir. 2009-cu ildə Atəşgah Sığorta Şirkətinin İcraçı Direktoru vəzifəsinə təyin edilmişdir. 2011-ci ilin fevralından "Atəşgah" SŞ İdarə Heyətinin Üzvüdür.
Əkbər Mədətli 1999-cu ildə Menecment ixtisası üzrə Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat Fakültəsini bitirmişdir. 2001-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin idarəetmə və biznesin təşkili fakültəsinin magistraturasını bitirmişdir. Əmək fəaliyyətinə 2000-ci ildə Atəşgah Sığorta Şirkətində Dəniz və Energetik Risklərinin sığortası mütəxəssisi olaraq başlamışdır. 2004-cü ildən başlayaraq iki ildən artıq bir müddətdə ARDNŞ-in Xarici İnvestisiyalar İdarəsində Risklərin İdarə edilməsi və Sığortası Şöbəsinin Rəisi vəzifəsində çalışmışdır. 2006-cı ildə Kavkaz SŞ-nin Baş Direktorunun Müavini və 2008-ci ildən Atəshgah SŞ-nin İdarə Heyətinin Sədr Müavini təyin edilmişdir. 2010-cu ildən "Atəşgah Həyat" SŞ-nin İdarə Heyətinin Sədr Müavinidir. Hazırda "Atəşgah Həyat" SŞ İdarə Heyəti Sədrinin vəzifələrini müvəqqəti icra edir.
|