
ŞİRKƏTİN XƏBƏRLƏRİ\"Atəşgah Həyat\" istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 5 min AZN - dan artıq növbəti sığorta ödənişini həyata keçirib26 yanvar“Atəşgah Həyat” Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib. Bu sığorta növü üzrə növbəti ödəniş “Atəşgah Həyat” SŞ tərəfindən 25 yanvar 2012-ci il tarixində tikinti şirkətində çalışan əməkdaşın yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı faktına əsasən həyata keçirilib. O, “Atəşgah Həyat” Şirkətində 3 mart 2011-ci ildə sığortalanmışdır. Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 5308 AZN təşkil edib. Məbləğ faydalanan şəxsə - mərhumun atasına təqdim edilib. Hazırda “Atəşgah Həyat” SŞ - nə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 30-dan artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub. “Atəşgah Həyat” SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir. |