Region seçimi:

ŞİRKƏTİN XƏBƏRLƏRİ


“Atəşgah” sığorta şirkəti yeni ünvanda

12 iyul

“Atəşgah” sığorta şirkətinin İçəri Şəhər Sabir küçəsi 3 ünvanında yerləşən Mərkəzi ofisi yeni ünvana köçmüşdür. Artıq 12 iyul 2010-cu il tarixindən etibarən “Atəşgah” sığorta şirkətinin mərkəzi ofisi Cəlil Məmmədquluzadə küçəsi 998 ünvanında fəaliyyət göstərəcəkdir. Mərkəzi ofis müasir tələblərə cavab verən və daha geniş Biznes Mərkəzində yerləşir. Şirkətin bu addımı öz müştərilərinə daha keyfiyyətli xidmət göstərmək və ən əsası isə pərakəndə satış sektorunda daha geniş kütlələrə xitab etməyə imkan yaradır.
Hamınızı bizim yeni ofisimizdə görməyə şad olarıq!
 

Hamsı    geri