“Atəşgah” Sığorta şirkəti 2010-cu ilin 1-ci yarımılliyi üzrə toplanan sığorta haqları və həyata keçirilən sığorta ödənişləri üzrə 3-cü yerdədır.
21 iyul
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin 14 iyul 2010-cu il tarixində rəsmi saytında yayımladığı təcili məlumatlara əsasən “Atəşgah” Sığorta şirkəti 2010-cu ilin yarımılliyi üzrə sığorta haqları və ödənişləri üzrə sığorta bazarının renkinq siyahısında 3-cü yerə qalxmışdır. Bu dövr ərzində “Atəşgah” sığorta şirkəti tərərfindən 6,47 mln. manat sığorta haqqı toplanılmışdır ki, bu da toplanılan sığorta haqları üzrə bazarın 8,42 faizini təşkil edir. Eyni zamanda şirkət tərərfindən 2,53 mln. manat həcmində sığorta ödənişləri həyata kecırılmışdır. Qeyd etmək lazımdır ki, 2009-cu ilin eyni dövrü ilə müqayisədə “Atəşgah” sığorta şirkəti tərərfindən toplanan sığorta haqları 14 faiz artmış və 153 min manat artıq ( +7.3 %) sığorta ödənişi həyata kecırılmışdır.
Qeyd edilən nəaliyyət “Atəşgah” sığorta şirkəti tərərfindən həyata kecırılən sığorta portfelinin diversifikasiyası nəticəsində əldə edilmişdir. Eyni zamanda bu irəliləyiş “Atəşgah” sığorta şirkətinin pərakəndə satış kanalında genişlənmə strategiyasından və hamının etibarlı sığortaçısı olmaq məqsədindən irəli gəlir.
Renkinq siyahısında Dövlət Sığorta Şirkəti 11,32 mln. manat sığorta haqqı toplayaraq 1-ci yerdə və 10,67 mln manat sığorta haqqı ilə Azal Sığorta şirkəti 2-ci olaraq yer almışdır. Azsığorta və Beynəlxalq Sığorta Şirkəti isə qeyd edilən göstəricilər üzrə renkinq siyahısının müvafiq olaraq 4 və 5-ci yerlərini bölüşdürürlər.
Qeyd etmək lazımdır ki, ümumilikdə 2010-cu ilin birinci yarım ilində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin topladığı sığorta haqları 76,88 mln manat, sığorta ödənişləri isə 22,48 mln manat təşkil etmişdir. Kecən ilin eyni dövrü ilə müqayisədə toplanılan sığorta haqları 3.8 faiz azalmışdır. Dövlət Sığorta Xidmətinin təqdim etdiyi məlumatlara əsasən hesabat dövründə toplanan sığorta haqlarının 61,967 mln manat məbləği (keçən il ilə müqayisədə 5,2% azalma) könüllü sığorta növlərinin və 14,912.783 mln. manat məbləği isə (keçən il ilə müqayisədə 3.9% artım) icbarı sığorta növlərinin payına düşür.
Xatırladaq ki, 2009-cu ildə Sığorta bazarının lideri Azərsığorta şirkəti ( 26, 50 mln manat sığorta haqqı və 12,22 mln ödəniş) olmuşdur. 2-ci yerdə Xalq Sığorta (24, 29 mln manat sığorta haqqı və 1,39 mln manat ödəniş), 3-cü yerdə Beynəlxalq Sığorta Şirkəti (14,82 manat sığorta haqqı və 4,35 mln manat), 4-cü yerdə Azal Sigorta (13,22 manat sığorta haqqı və 0,12 mln manat ödəniş), 5-ci yerdə “Atəşgah” sığorta şirkəti (12,31 manat sığorta haqqı və 4,37 mln manat ödəniş) olmuşdur. 2009-cu il üzrə sığorta şırkətləri tərərfindən 163,31 mln manat sığorta haqları toplanılmış və 53,07 mln manat sığorta ödənişləri həyata keçirilmişdir.
Hamsı geri