Region seçimi:

ŞİRKƏTİN XƏBƏRLƏRİ


“Atəşgah” Sığorta şirkəti uşaqlar üçün tədbir kecirdi!

23 iyul

“Atəşgah” Sığorta şirkəti özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində yeni ofisə köçmək münasibətilə yerləşdiyi ünvanda yaşayan balaca dostları üçün şənlik təşkil etmişdir. Tədbirin əsas məqsədi ətrafda yaşayan balaca dostları sevindirmək, yeni ünvanda yaşayan insanlarla yaxından tanış olmaq və onları sığorta məhsulları haqqında geniş məlumatlandırmaq olmuşdur. 100-dən artıq uşaq və valideynin iştirak etdiyi şənlikdə nağıl qəhrəmanları və sehrbazlar uşaqlara sevincli dəqiqələr bağışlamışlar. Şirkətin əməkdaşları bu tədbirdə fəal iştirak etmiş və sığorta ilə bağlı valideynləri maraqlandıran sualları cavablandırmışlar.
Qeyd etmək lazımdır ki, təşkil edilən bu növ tədbirlər “Atəşgah” sığorta şirkətinin daha geniş kütlələrə müraciət etmək və öz müştərlərinin ehtiyaclarını dərindən dəyərləndirərək yüksək səviyyədə sığorta xidməti göstərmək  məqsədindən irəli gəlir.
1996-cı ildə fəaliyyətə başlayan “Atəşgah” sığorta şirkəti hazırda 21 sığorta növü üzrə xidmət göstərir. 2010-cu ilin yarımılliyi üzrə Dövlət Sığorta Nəzarəti xidmətinin təqdim etdiyi məlumata əsasən Şirkət sığorta haqları və ödənişləri üzrə sığorta bazarının renkinq siyahısında 3-cü yerdədir.
 

Hamsı    geri