
ŞİRKƏTİN XƏBƏRLƏRİ«Ateshgah» SŞ ilin əvvəlindən icbari avtomobil sığortası üzrə təqribən 10 min. manatlıq ödəniş həyata keçirib22 fevralAzərbaycan sığorta bazarının liderlərindən biri olan «Ateshgah» Sığorta Şirkəti «İcbari sığorta növləri haqqında» Azərbaycan Respublikası Qanunu çərçivəsində icbari avtomobil sığortası üzrə növbəti ödəniş həyata keçirib. Məbləği 2900 AZN təşkil edən sığorta ödənişi 26 yanvar 2012 - ci il tarixində Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş Nissan Sunny markalı avtomobilin sahibinə təqdim edilib. 2012-ci ilin əvvəlindən «Ateshgah» SŞ-nin avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə həyata keçirdiyi sığorta ödənişlərinin məbləği təqribən 10 min AZN təşkil etmişdir. Xatırladaq ki, 16 dekabr 2011-ci il tarixində «Ateshgah» SŞ İcbari sığorta bürosunun informasiya sistemi vasitəsilə on - line rejimində Avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib.
|