
ŞİRKƏTİN XƏBƏRLƏRİ“Atəşgah” sığorta şirkəti “ Yeddi ” kolleksiyasının fotosərgisinin baş sponsoru olmuşdur.17 dekabrDekabr ayının 17-dən yanvarın 17-dək Bakı şəhəri müasir incəsənət muzeyində “Yeddi ” kolleksiyasının fotosərgisi keçirilmişdir. Bu sərginin müəllifləri fərqli yaş, təhsil və sosial dərəcəyə aid olan, lakin şəxsi müşahidələrinə, fikirlərinə, duyğularına vizual ifadə - fotoşəkil, vermə bacarığına malik olan yeddi fərdi şəxsdir. Onlar gerçəyi araşdıraraq, təhlili edərək çəkdikləri şəkillərdə bədii obrazlı bir aləm yaradırlar təsvir olunanın təqdim olunma üsulu ilə fərqlənərək, fotoşəkilin əsasını, mahiyyətini, həqiqiliyini və fiziki reallığını qoruyub saxlayırlar. |