“Atəşgah Sığorta” Şirkəti sentyabrın 2-də Azərbaycana səfər edəcək Rusiya prezidenti Dmitri Medvedyevin kortecini sığortalayıb.
31 avqust
31 avqust 2010, Bakı: Etibarlı sığortanın doğru ünvanı olan “Atəşgah Sığorta” Şirkəti artıq ölkə hüdudlarından kənarda da tanınır. Şirkətə olan inamın yüksək göstəricisi olaraq sentyabrın 2-də Azərbaycana səfər edəcək Rusiya prezidenti Dimitri Medvedyevin korteci məhz “Atəşgah Sığorta” Şirkətində sığortalandı.
Prezident kortecinin sığortalanması üçün “Atəşgah Sığorta” Şirkəti Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin sorğusu əsasında seçilib. “Atəşgah Sığorta” artıq uzun illərdir ki, Rusiaynin ölkəmizdəki səfirliyinə və Rusiay Ticarət Nümayəndəliyinə aid avtomobilləri sığortalayır.
Yüksək keyfiyyət və mükəmməl xidmət nümayiş etdirən “Atəşgah Sığorta” Şirkəti bu illər ərzində müştərilərinin rəğbətinin qazanmağa müvəffəq olmuşdur. Bu baxımdan da Rusiya səfirliyi ən doğru seçim edərək Rusiya Prezidentinin kortecinin təhlükəsizliyini də başqa ünvan düşünməyərək məhz “Atəşgah Sığorta” Şirkətinə etibar edib. Sığorta paketi üçüncü şəxsin əmlak, həyat və sağlamlıq məsuliyyətini də əhatə edir.
Xatırladaq ki, “Atəşgah Sığorta” Şirkəti 1996 -cı ilin sonunda yaradılmışdır, 1997-ci ildə isə sığorta fəaliyyəti göstərmək üçün lisenziya almışdır. 2001-ci ildən başlayaraq “Atəşgah Sığorta” Şirkəti Azərbaycanın sığorta bazarının liderlərindən biridir.
Hamsı geri