“Atəşgah” sığorta şirkəti avtomobil sığortası üzrə liderdir
07 iyun
“Atəşgah” sığorta şirkəti Avtomobillərin könüllü sığortası üzrə 20.5 % bazar payına sahib olmaqla öz liderliyini saxlamaqdadır. Sığorta bazarında aparılan son təhlillərə görə 2010-cu ilin 1-ci rübü ərzində “Atəşgah” sığorta şirkəti tərəfindən yığılan sığorta mükafatı 1 mln. 310 min manat təşkil etmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 260 min manat (+18,9 %) çoxdur.
Qeyd etmək lazımdır ki, sığorta ödənişlərinin miqdarına və məbləğinə görə Atəşgah SŞ qabaqcıl yerlərdən birini tutur. Təkcə qeyd edilən dövr ərzində Şirkət tərəfindən avtomobillərə dəymiş ziyana görə avtomobil sahiblərinə 522 min manat məbləğində vəsait ödənilmişdir.
“Atəşgah” sığorta şirkətinin bu uğurlu nəticəsi son dövrlərdə pərakəndə satış kanalında genişlənmə strategiyasından və hamının etibarlı sığortaçısı olmaq məqsədindən irəli gəlir. “Atəşgah” sığorta şirkəti bu məqsədə nail olmaq üçün bundan sonra da öz müştərilərinin etibarını və məmnuniyyətini qazanmaq üçün yeni sığorta məhsulları və xidmətlərinin sayını artıracaqdır.
Hamsı geri