
SIĞORTA XƏBƏRLƏRİBaş vermiş bir sığorta hadisəsinə görə 197 448 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.18 avqust18 avqust 2010 tarixində Atəşgah sığorta şirkəti baş vermiş qəza nəticəsində “Lotos” Co ltd İMNK” tikinti şirkətinə 197 448 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Qeyd etmək lazımdır ki, tikinti sahəsində şirkətə məxsus Bayer 18 markalı yerqazanın aşması nəticəsində qəza baş vermişdir. Qəza nəticəsində şirkətin avadanlığına maddi ziyan dəymişdir. Xatırladaq ki, avadanlıq bank krediti vasitəsi ilə şirkət tərəfindən əldə edilmiş və onun ödədiyi sığorta haqqı 3 360 manat olmuşdur. Nəticədə ödənilmiş məbləğ “LOTOS” şirkətinə bank qarşısında götürdüyü maliyyə riskini minimuma endirməyə imkan vermişdir. |