Bu sığorta növünə görə aşağıda qeyd olunanlar sığortalana bilər :
Elektron avadanlıq: hesablama, telekommunikasiya, surət çıxartma texnikası;
Dəqiq mexanika: ölçü cihazları, foto, kino və videotexnika;
Diaqnostika və terapiya üçün nəzərdə tutulan tibbi avadanlıq;
Telekommunikasiya sistemləri;
Əmlakın bərpa edilən dəyəri sığorta məbləği deməkdir. Bərpa dəyəri üzrə sığorta olunan əmlak, sığorta hadisəsi baş verdikdə sığortaçıya zədələnmiş əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətinə salınması üçün bərpa xərclərinin dəyəri ödəniləcəkdir.
Sığorta olunan risklər
Sığortalanmış əmlakın istismarında və yaxud işlədilməsində buraxılan səhvlər, elektron avadanlığından istifadə zamanı personalın diqqətsizliyi;
Üçüncü şəxslərin qərəzli hərəkətləri (qərəzli hərəkət dedikdə sığortalanmış əmlakın qəsdən məhv edilməsi və yaxud zədələnməsi nəzərdə tutulur);
İldırım vurması, elektrik cərəyanının qısa qapanması, elektrik şəbəkəsində cərəyanın qüvvəsinin və yaxud gərginliyinin artması, induksiya cərəyanlarının təsiri və digər analoji səbəblər;
Əmlakın materialında olan nöqsan, o cümlədən, konstruksiyası, hazırlanması, montaj edilməsi zamanı buraxılan səhvlər;
Yanğın, partlayış, yanğın söndürmə zamanı suyun təsiri nəticəsində zədələnmə, sığortalanmış əmlakın məhv olması və yaxud zədələnməsi, tüstü və hisin təsiri;
Təbii fəlakətlər: zəlzələ, vulkan püskürməsi və ya yeraltı odun təsiri, torpaq sürüşməsi, dağ çökməsi, qasırğa, tufan, su basma, dolu, leysan;
Su kəməri xəttindən, kanalizasiya, isitmə və yanğına qarşı sistemlərdən axan su nəticəsində zədələmə, suyun və rütubətin digər təsiri.
Oğurluq, qarət;
Sığortalanmış əmlakın üzərinə, uçucu (uçan) obyektlərin və ya onların qırıqlarının düşməsi;