“Atəşgah” sığorta şirkəti hüquqi şəxslər üçün ən yaxşı sığorta sistemi və maksimal münasib qiymətlər təqdim edir. Biz aşağıda qeyd olunan biznes sahələri ilə məşğul olan şirkətlərin sığortasında maraqlıyıq:
Xidmət sahəsi: pərakəndə ticarət, kommersiya obyektləri, iaşə müəssisələri, telekommunikasiya, mehmanxanalar, ticarət mərkəzləri, idman və sağlamlıq kompleksləri, radio və televiziya, maliyyə institutları və digər səhələr.
Ağır sənaye : metal istehsalı, metal emalı sənayesi, maşınqayırma, avtomobil sənayesi, elektron avadanlıqlarının istehsalı, sement istehsalı və digər sahələr.
Yüngül sənaye: qida və içki məhsullarının istehsalı, tütün məhsullarının istehsalı, dəri məmulatlarının və ayaqqabı istehsalı, keramik və farfor məmulatlarının istehsalı.
Sığorta hadisələri
Yanğın və ya tüstü nəticəsində zədələnmə.
İldırım vurması
Məişət qazının partlaması
Sığortalanmış əmlakın üstünə uçucu alətlərin və yaxud onların qırıqlarının düşməsi.
Üçüncü şəxsə məxsus olan nəqliyyat vasitəsini basqını və yaxud toqquşması.
Tibbi fəlakətlər
Sığortalanmış əmlakın su kəməri xəttindən, kanalizasiya, isitmə və yanğına qarşı sistemindən axan su nəticəsində zədələnməsi.
Oğurluq və soyğun
Üçüncü şəxslərin bədəməl hərəkətləri
Pəncərə şüşələrinin, güzgülərinin və vitrinlərin qırılması
Təsadüfi zədələr
Yanğından sonra istehsalda yaranan fasilə və bununla bağlı gəlirin itirilməsi
Müəssisə rəhbərləri həmçinin əlavə risklərini də sığortalaya bilər :
Əmlaka vurulan zərər nəticəsində, baş verən fasiləyə görə itkilərin sığortası
Əmlaka vurulan zərər nəticəsində yeni ofisin icarəsi və daşınmasına çəkilən əlavə xərclərin sığortası
Yükün daşınma zamanı yaranan itkilər
Əmlak sığortası üzrə risklərin qiymətləndirilməsində və qəbul edilməsində nəzərə alınan amillər
Müştərinin fəaliyyət növü.
Sığorta obyekti (sığortaya təqdim edilən)
Binaların və qurğuların (inşaatların) konstruksiyası.
Yanğına qarşı təhlükəsizlik tədbirləri
Ümumi mühafizə tədbirləri və riskin qiymətləndirilməsi zamanı verilən suallarda əksini tapan faktorlar.
Hadisə baş verdikdə nə etmək lazımdır ?
Hadisə zamanı əmlakın xilas edilməsinə və qorunmasına dair bütün tədbirlərdən istifadə etmək;
Baş vermiş hadisə haqqında sığortaçını xəbərdar etmək