Region seçimi:

MƏSULIYYƏT

İşə götürənin məsuliyyətinin sığortası həm işçilərin sosial təminatının möhkəmləndirilməsinə, həm də işə götürəni onun ödəməli oldüğu iri təzminat yükündən azad etməsinə xidmət edir.

İşə götürənin məsuliyyət sığortası üzrə ödənişin həyata keçirilməsi üçün əsas,  işçiyə xəsarət yetirilməsi və ya onun vəfat etməsi nəticəsində baş verən hadisədir.

İşə götürənin sığortası üzrə sığorta təminatına, işçinin əmək qabiliyyətinin itirməsi ilə əlaqədar işə götürənin işçiyə, işçinin vəfat etməsi ilə əlaqədar onun ailə üzvlərinə və ya himayəsi altında olan şəxslərə ödəməli olduğu təzminat və tibbi xərclər daxildir.

Əgər sığortaçı qaldırılmış iddianın məhkəmə yolu ilə tənzimlənməsini tələb edərsə, o zaman şikayətçinin məhkəmə prosesində iddiasının müdafiəsi ilə əlaqədar çəkdiyi xərclər də sığorta ödənişinə daxil ediləcəkdir. Bu xərclərin məbləği, eynilə çəkilmiş zərər məbləği kimi məhkəmə tərəfindən təyin edilir.