Region seçimi:

AVTOMOBİL İCBARI MÜLKI MƏSULIYYƏT SIĞORTASI

Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası - sizin təqsirinizdən zərər çəkən üçüncü şəxslər qarşısında maddi məsuliyyətinizin sığortasıdır.

Nəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası, Azərbaycan Respublikası ərazisində, nəqliyyat vasitəsindən istifadə edərək zərər çəkmişlərin həyatına, sağlamlığına və yaxud əmlakına zərər yetirmə riskindən, nəqliyyat vasitəsi sahibinin məsuliyyət sığortasıdır.

18 oktyabr 2011-ci il tarixindən qüvvəyə minmiş "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası tələb olunur.

Bu sığorta növü üzrə şəhadətnaməsi (polisi) olmayan avtonəqliyyat vasitələri sahibləri cərimələrə məruz qala bilər. Bundan əlavə, avtonəqliyyat vasitəsinin texniki baxışı zamanı da həmin sığorta şəhadətnaməsi təqdim edilməlidir.

Azərbaycanda 15 illik fəaliyyət tarixçəsinə malik olan və avtonəqliyyat vasitələrinin sığortası üzrə lider şirkəti olan “Atəşgah”ı seçin! Artıq bu sığorta növü üzrə “Atəşgah”-ı seçənlərin sayı 50 mini keçib!

Bizim üstünlüklərimiz:

• Həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən qaynar xətt ((012) 940)
• Sığorta ödənişlərinin tam həcmdə həyata keçirilməsi
• Operativlik, dəqiqlik və peşəkarlıq
• Hər bir müştəriyə fərdi yanaşma

Əlavə məlumat almaq üçün bizə müraciət edin.
 

 

 


 

 

Yol-nəqliyyat hadisələrinin nümunəvi sxemləri