If insurance accident occurs?

Tənzimləmə prosesi

Qeydiyyat

Əgər qeydiyyatdan keçmisinizsə,

daxil olun

Şəxsi kabinetə daxil ol

Əgər şəxsi kabinetiniz yoxdursa,

qeydiyyatdan keçin

Şifrəni unutmusunuz?

Əgər şəxsi kabinetiniz yoxdursa,

qeydiyyatdan keçin

Təkliflər və şikayətlər

Zəng sifarişi

Bu xidmət sizə həftənin bütün günləri (bazar ertəsi-bazar günü) gecə-gündüz açıqdır.

Agenti çağır

(012)940

Elektron avadanlığın sığortası

Elektron avadanlığın sığortası

Onlayn Müraciət

Bu sığorta növü ilə aşağıda qeyd olunanlar sığortalana bilər :

  • Elektron avadanlıq: hesablama, telekommunikasiya, surət çıxartma texnikası
  • Dəqiq mexanika: ölçü cihazları, foto, kino və videotexnika
  • Diaqnostika və terapiya üçün nəzərdə tutulan tibbi avadanlıq
  • Telekommunikasiya sistemləri

Bu növ üzrə sığorta riskləri aşağıdakılardır:

  • Sığorta olunmuş əmlakın istismarında yol verilən səhvlər, işçi heyətinin ehtiyatsızlığı və ya üçüncü şəxslərin pis niyyətli hərəkətləri
  • Elektrik cərəyanının qısaqapanma, cərəyan gücünün və ya elektrik şəbəkəsində gərginliyin kəskin artması formasında təsiri, induksiyalanmış cərəyanın təsiri və ya digər analoji səbəblər
  • Yanğın, şimşək vurması və ya məişət məqsədləri üçün istifadə olunan qaz partlayışı, yanğın söndürülərkən su ilə ziyan dəyməsi
  • Su kəməri, kanalizasiya, istilik sistemlərindən və ya yanğınsöndürmə sistemlərindən su ilə ziyan dəyməsi
  • Zəlzələ, vulkan püskürməsi və yaxud yeraltı od təsiri, dağ uçqunu, sürüşmə, fırtına, qasırğa, tufan, daşqın, dolu, tayfun, sunami, leysan kimi təbii fəlakətlər
  • Qanunsuz yolla daxil olma ilə oğurluq, qarət və yaxud soyğunçuluq hərəkətləri
  • Materialların qüsurluluğu, sığorta olunmuş əmlakın konstruksiyasında, hazırlanmasında və ya montajında səhvlər