Region seçimi:

BƏDBƏXT HADISƏLƏRDƏN SIĞORTA

Biz təhlükə və risklərlə dolu dinamik bir həyat yaşayırıq. Yəqin ki, hər bir şəxs həyatında müxtəlif gözlənilməz təhlükəli hadisələrlə üzləşməli olub. Hadisə zamanı dəyən mənəvi zərərlə yanaşı, onun Sizə və ailənizin büdcəsinə əlavə maddi yük olduğu da danılmazdır. 
Belə hadisələr ücün maliyyə dəstəyinizi qabaqcadan təmin etmək ücün “Atəshgah" Sığorta Şirkəti Sizə etibarlı və sərfəli sığorta növü sayılan Fərdi Qəza Sığortasını təklif edir. Fərdi Qəza Sığorta proqramlarını əldə etməklə Siz özünüzü və ailənizi iradənizdən asılı olmadan, qəfil risklərdən, o cümlədən istehsalatda baş vermiş qəza, yol-nəqliyyati hadisələri, təbii fəlakət, ücüncü şəxslərin qeyri - qanuni hərəkətlərindən, saglamlığınıza və həyatınıza təsir edə biləcək təhlükələrdən qorumuş olursunuz.

"Atəshgah" Sığorta Şirkəti Sizin fərdi istəklərinizə uygun olaraq aşağıdakı Fərdi Qəza Sığortası proqramlarını tərtib etmişdir:

  • Böyüklər ücün sığorta proqramı;
  • Uşaqlar ücün sığorta proqramı; 
  • Ailə ücün sığorta proqramı;

Siz istənilən zaman bizim peşəkar əməkdaşlarımıza müraciət edərək ehtiyaclarınıza uyğun sığorta növü və şərtləri haqqında məsləhət ala bilərsiniz.

Siz bədbəxt hadisənin yarana biləcək bütün nəticələrindən sığortalana bilərsiniz:

  • İş qabiliyyətinin tam itirilməsi;
  • İş qabiliyyətinin daimi və qismən itirilməsi;
  • İş qabiliyyətinin müvəqqəti itirilməsi;
  • Bədbəxt hadisə nəticəsində tibbi xərclər;
  • Bədbəxt hadisə nəticəsində ölüm;

"Atəshgah " Sığorta Şirkətində Fərdi qəza sığortasını əldə etməyin üstünlükləri:

  • Keyfiyyət: bütün sığorta riskləri üzrə xidmət və zəmanətli ödəniş;
  • Fərdi münasibət: Hər bir müştərinin ehtiyacına uyğun sığorta həlləri;
  • Sərfəli qiymət: Çox da böyük olmayan illik ödəniş etməklə kifayət qədər təsirli sığorta təminatının əldə edilməsi;
  • Təminat: Sığorta müddətində 24 saat olmaqla Azərbaycan Respublikası ərazisində zəmanətin tam qorunması;
  • Vaxtlında sığorta ödənişi: Bütün lazımi sənədlər təqdim olunduğu andan 10 iş günü ərzində sığorta ödənişinin həyata keçirilməsi;

Sığorta haqqı

Sığorta haqqı hər bir müştərinin fərdi ehtiyaclarına, götürdüyü risklərə, sığortalının yaşına və cinsinə görə fərdi qaydada müəyyən edilir.