Region seçimi:

XARİCƏ GEDƏNLƏRİN SIĞORTASI

İstirahəti mənalı keçirmək, il ərzində yığılan yorğunluğu tam çıxartmaq, mənfi enerjidən azad olmaq, səfəri maraqlı keçirmək hər birimizin  səfər qabağı xəyallarında canlandırdığı bir arzudur. Bu zaman biz ilk növbədə təhlükəsizliyimiz haqda da düşünməliyik. Məhz “Atəşgah” Sığorta Şirkəti Sizin harada olmağınızdan asılı olmayaraq, bütün dünyada təhlükəsizliyinizi qoruyur və buna zəmanət verir.

Sığorta təminatı

  • “Atəşgah” Sığorta Şirkəti sığorta hadisəsi baş verdiyi halda sığortalı şəxsə xaricdə olarkən onun məruz qaldığı aşağıdakı hallar üzrə ödənişinə təminat verir:

Tibbi xərclərın qarşılanması:

  • əməliyyatların, müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş dərmanlara, sarğı materiallarına çəkilmiş xərclər də daxil olmaqla xəstəxanada qalma və müalicə olunma;

Tibbi-daşınma xərclərinin qarşılanması:

  • hadisə baş verdiyi yerdən ərazisində olduğu ölkənin ən yaxın məsafədə yerləşən tibb müəssisəsinə və ya bilavasitə yaxınlıqda yerləşən həkimin yanına təxliyyə olunma («təcili yardım» avtomobili və ya digər nəqliyyat vasitəsi ilə) xərcləri;


Daşınma xərclərinin qarşılanması:

  • hadisə baş verdiyi ölkədə müayinə və tibbi yardım başa çatdıqdan sonra vətənə dönüşünün təşkili;
  • əgər sığortalının məruz qaldığı sığorta hadisəsi nəticəsində onun xaricdə yanında olan uşaqları nəzarətsiz qalarlarsa, uşaqların daimi yaşadıqları ölkəyə bir başa çatdırılması xərcləri;
  • əgər təkbaşına səyahət edən sığortalının xəstəxanada qalma müddəti 10 gündən çox çəkərsə, sığortalının bir qohumunun ona baş cəkməsi üçün gedib-gəlmə xərcləri. Bununla belə qohumun xaricdə qalma xərcləri sığortaçı tərəfindən ödənilmir.


Ölümdən sonrakı repatriasiya xərclərinin qarşılanması:

  • əgər ölüm sığorta hadisəsi nəticəsində baş veribsə, sığortalının (ölümdən sonra) daimi yaşadığı yerə, haqqında Servis mərkəzi tərəfindən sanksiya verilmiş repatriasiya xərclərinin ödənilməsi.


Siz istənilən zaman günün 24 saatında xarici ölkələrdə fəaliyyət göstərən tanınmış asistant mərkəzi olan “Europe Assistance”- a   aşağıdakı əlaqə telefonu vasitəsilə zəng etməklə yardım ala və qayğı ilə əhatə oluna bilərsiniz. 

Europe Assistance mərkəzinin ayrılmış xüsusi telefon xətti  +7 (495) 598 208

Sığorta hadisəsi baş verərkən Sığortalı və ya onun nümayəndəsi Beynəlxalq Xidmətinin dispetçer mərkəzi ilə ləngimədən telefonla aşağıdakı məlumatlar verilməlidir:

  • tam olaraq soyad, ad, sığorta şəhadətnaməsinin nömrəsi və qüvvədə olma müddəti;
  • yerləşdiyiniz yerin ünvanı və xidmət mərkəzinin Sizinlə ləngimədən əlaqə saxlaya biləcəyi telefon nömrəsi;
  • yaranmış problem və xidmət mərkəzindən tələb olunan kömək haqqında;
  • xidmət mərkəzinin həkiminə ona lazım olan bütün informasiya imkan daxilində təqdim edilməlidir.

Xidmət Mərkəzilə telefon danışığının dəyəri xaricdən qayıtdıqdan sonra müvafiq hesabı təqdim etməsi şərtilə sığortalıya ödənilir.

Sizin arxayın səyahətiniz bizim təminatımız altındadır !