Region seçimi:

KREDİT HƏYAT SIĞORTASI

Avtomobili indi və ya beş ildən sonra almaq, geniş və rahat mənzildə yaşamaq, uzun müddət arzuladığın xarici səyahətə çıxmaq, məişətdə çox lazımlı olan mebel və ya bahalı məişət texnikasına sahib olmaq... Kredit götürməklə bu problemlərin bəzilərini həll etmək əlbəttə ki, olar. Bəs ailə başçısı vəfat edərsə krediti kim qaytarmalı olacaq?
“Kredit” həyat sığortası proqramı sığorta olunanın ölümü halında kreditin ödənilməsini təmin etmək imkanı verir. Ailə başçısının ölümü ailə üçün böyük itkidir və bu itkini heç nə ilə əvəz etmək olmaz, lakin bu proqram dəyən maliyyə zərərinin azaldılmasına imkan verir. Belə bir faktı da nəzərə almaq lazımdır ki, əksər hallarda krediti qaytarmaq üçün ölən şəxsin ailəsi girov qoyulmuş əmlakdan məhrum olmalı olur.