ARXAYIN SAKİN SABİT ƏMLAK SIĞORTASI PAKETİ
ARXAYIN SAKİN
SABİT ƏMLAK SIĞORTASI PAKETİ
Deyirlər, «mənim evim – mənim qalamdır»...
Evinizi, sözün əsl mənasında, etibarlı qalaya çevirməyin müxtəlif yolları var:
- Seyf qapı qoydurmaq, siqnalizasiya quraşdırmaq, it saxlamaq, evi hündür hasara almaq, peşəkar mühafizəçiləri cəlb etmək və s. Bütün bunlar ya külli miqdarda vəsait, ya vaxt, ya əsəb, bəzən isə üçünü birdən tələb edəcək.
- Məsələnin biryolluq həlli də var – Arxayın Sakin əmlak sığortası paketini əldə etmək. Bunun üçün seçdiyiniz variantdan asılı olaraq cəmi 95 AZN (115 və ya 135 AZN) ödəyib, 15 dəqiqə vaxt sərf etmək yetər!
Arxayın Sakin paketini almaq üçün
- ərizə yazmağa,
- növbələrdə vaxt itirməyə,
- evinizin baxışını keçirməyə
- mənzilinizi dəyərləndirməyə
ehtiyac yox!
Sadəcə 940-a zəng vurun - mütəxəssislərimiz Sizin üçün münasib vaxtda göstərdiyiniz ünvana gələrək, operativ şəkildə Müqavilənizi hazırlayacaqlar.
Arxayın Sakin olmaqla özünüzü aşağıdakılardan sığortalayacaqsınız:
- Yanğın
- Partlayış
Təbii fəlakətlərin nəticəsində baş verən ziyan (sel, daşqın, yer sürüşməsi
fırtına, tufan, dolu, qasırğa, ildırım)
- Təyyarə və digər uçuş aparatları və ya onların hissələrinin düşməsi
- Nəqliyyat vasitəsinin toqquşmasından dəyən ziyan
Arxayın Sakin paketinin 3 variantından birini seçib ilboyu evinizi bütün mümkün risklərdən sığortalayın:
Sığorta məbləği və limitləri ilə 3 variantda təklif olunur:
| Variant |
Sığorta təminatı (AZN)
|
3-cü şəxslər qarş. məsuliyyət limiti (AZN) |
Sığorta haqqı (AZN) |
| 1 |
20 000 |
1 500 |
95 |
| 2 |
35 000 |
2 500 |
115 |
| 3 |
50 000 |
3 500 |
135 |
Sifariş et