VƏTƏNDAŞ ƏMLAKININ YANĞINDAN VƏ DİGƏR RİSKLƏRDƏN SIĞORTASI
Şirkətimizin ən prioritet istiqamətlərindən biri də fərdi şəxslər üçün əmlak sığortasıdır. Biz müştərilərimizə əmlak sığortası ilə bağlı müraciətlərinə diqqətlə və qayğı ilə yanaşaraq onlara münasib qiymət və keyfiyyətli xidmət təklif edirik.
Əmlak sığortası proqramı
Sığorta müddəti : 1 il.
Sığorta məbləği : əmlakın gerçək (bazarda mövcud olan) qiyməti ilə təyin edilir.
Sığorta hadisələri
Yanğın, partlayış, ildırım vurması, idarə olunan uçuş aparatların və yaxud parçalarının düşməsi;
Suyun təsiri (su təminatı, kanalizasiyası, yanğınsöndürmə sistemlərində baş verən qəza nəticəsində baş verən hadisə, qonşu mənzillərdən suyun daxil olması);
Xarici təsirlər (avtonəgliyyat vasitələrinin vurması nəticəsində baş verən hadisə);
Təbii hadisələr və fəlakətlər;
Üçüncü şəxslərin qanuna zidd hərəkətləri (oğurluq, soyğun, qarət, sığortalanmış əmlaka üçüncü şəxslər tərəfindən qəsdən zərər yetirmə, dələduzluq, vandalizm)
Biz müştərilərimizin ehtiyaclarına uyğun olaraq risklərin siyahısını genişləndirə bilərik. Bunu nəzərə alaraq “Atəşgah” sığorta şirkəti aşağıda qeyd olunan əmlak növləri üzrə sığorta xidməti göstərir:
Binalar və inşaat işləri, tikilinin daxili və xarici interyeri də daxil olmaqla yaşayış və qeyri-yaşayış obyektləri.