Region seçimi:

 

 

KASKO

Biz nə təklif edirik ?

Biz Sizin avtomobilinizin sığortasına dair mümkün olan sığorta proqramlarını təklif edirik və avtomobil sığortasına aid sizi maraqlandıran bütün suallarınızla bağlı məsləhət verməyə hazırıq.

KASKO nədir?

Nəqliyyat vasitələrinin KASKO sığortası iki növ riski əhatə edir?

  1. Zərər – avtomobilin yol-nəqliyyat hadisəsi, qərəzli əməl və yaxud təbii fəlakət nəticəsində zədələnməsi;
  2. Oğurluq – soyğun, qarət, oğurluq nəticəsində avtomobilin itməsi.

KASKO sığortası – yuxarıda sayılan sığorta hadisələrindən birinin baş verdiyində, sizi maliyyə itkisindən qorumaq üçün ən etibarlı vasitədir.

Möhlət istəyirsiniz?
 

Bizim sığorta şirkətində faizsiz möhlətlə ödəniş nəzərdə tutulmuşdur. Birinci ödəniş polisin dəyərinin 25% - ni təşkil edir. Qalan 75% - ni hər iki aydan bir ödəyirsiniz. Möhlətli ödənişin digər variantları da mümkündür.
Unutmayın ki, sığorta hadisəsi baş verdiyində, polisin dəyərinin qalan məbləğini vaxtından əvvəl ödəmək lazımdır. Sığorta şirkəti ancaq polisin dəyərinin tam ödənildiyindən sonra, itkinin nizama salınmasına başlayacaqdır.

Sığorta hadisəsi nədir?

Sığorta müqaviləsində nəzərdə tutulmuş hadisələrin baş verməsi və belə hadisə baş verdiyində, sığortaçının sığorta ödənişini təmin etmə və yaxud bərpa işlərinə təyinat vermə məsuliyyəti yaranır.
Bizim şirkətdə sizin daha çox ödəməyinizə ehtiyac yoxdur. Biz sizi sığortanın optimal, təhlükəli idarə etmə üzrə artma əmsalı olmayan, variant seçərik.

Sığorta ödənişinin həyata keçirilmə forması 

Sığorta hadisəsinin “ Zərər ” riski üzrə nizama salınma variantı mümkündür.

  1. Sığortaçının təyinatı ilə avtomobilin texniki xidmət stansiyalarında (ATXS) təmiri. Əgər sizin avtomobilinizin zavod tərəfindən verilən zəmanəti varsa, o zaman təyinat rəsmi diller tərəfindən verilir.
  2. Sığortalının seçdiyi avtomobil texniki xidmət stansiyasında təmiri (əlavə ödənişlə).
  3. Sığortaçının (sığorta şirkətinin) kalkulyasiyası üzrə nağd ödəniş.

Müşahidə proqramları

Bizim sığorta şirkəti müşahidə proqramları təklif edir, bu proqramlara aşağıdakı xidmətlər daxildir:

  1. Sığorta hadisəsi baş verdiyində, qəza komissarının hadisə yerinə çıxışı.
  2. Sığortalanmış nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi yerindən təxliyəsi.
  3. Təmirə qəbul olunanacan, nəqliyyat vasitəsinin zəmanətli saxlanılması.
  4. Əlavə ödənişlə şirkətin müştərisi olmadan, sığorta ödənişinin təyin edilməsi üçün lazımlı olan sənədlərin yığılması