"Atəşgah" Sığorta Şirkəti Daşınmaz əmlakın icbari sığortası üzrə 16 785,44 manat ( on altı min yeddi yüz səksən beş manat , qırx dörd qəpik ) məbləğində sığorta ödənişi etdi.
26.04.2024
"Atəşgah" Sığorta Şirkəti Daşınmaz əmlakın icbari sığortası üzrə 16 785,44 manat ( on altı min yeddi yüz səksən..
Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi, “Türkiye InsurTech Hub” və “New Generation Management Company”nin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Insurtech" zirvə toplantısı keçirilib.
17.04.2024
Aprel ayının 16-da Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai..
“Atəşgah” Sığorta Şirkəti TOYOTA YARIS CROSS markalı minik avtomobilinə 28003.00 AZN (iyirmi səkkiz min üç manat) KASKO sığorta ödənişi edib!
03.04.2024
05.02.2024-cü il tarixində Bakı şəhəri , Badamdar qəsəbəsində , "Atəşgah" Sığorta Şirkəti tərəfindən..
“Atəşgah” Sığorta Şirkəti Volkswagen ID6 X PRO markalı minik avtomobilinə 16948.50 AZN (on altı min doqquz yüz qırx səkkiz) manat KASKO sığorta ödənişi edib!
05.03.2024
19.12.2023-cü il tarixində Bakı şəhəri , Mikayıl Hüseynov 3 ünvanında "Atəşgah" Sığorta Şirkəti tərəfindən..
“Atəşgah” Sığorta Şirkəti MITSUBISHI L200 markalı minik avtomobilinə 17500 AZN (on yeddi min beş yüz ) manat KASKO sığorta ödənişi edib!
17.01.2024
13.11.2023 -cü il tarixində Xocavənd rayonu ərazisində baş vermis yol nəqliyyat hadisəsi nəticəsində, MITSUBISHI ..
Elektron avadanlığın sığortası əmlak sığortasının bir növüdür. Sığorta predmeti, sığorta müqaviləsi üzrə sığortalının əmlakına aid olan elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemləri bu sığorta növünə daxildir.
Bu sığorta növünə əsasən ziyana görə maddi xərclər, həmçinin təmir xərcləri və ya zədələnmiş qurğunun dəyişdirilməsi sığorta şirkəti tərəfidən qarşılanır. Məsələn: qısa qapanma, təbii fəlakətlər, şəbəkədə gərginliyin dəyişməsi, materialların yararsız olması, yanğın, partlayış, personalın səhvi, və s.
Elektron avadanlığın sığortası növü ilə aşağıda qeyd olunanlar sığortalana bilər :
Elektron avadanlıq: hesablama, telekommunikasiya, surət çıxartma texnikası;
Dəqiq mexanika: ölçü cihazları, foto, kino və videotexnika;
Diaqnostika və terapiya üçün nəzərdə tutulan tibbi avadanlıq;
Telekommunikasiya sistemləri;
Elektron avadanlığın sığortası üzrə sığorta riskləri aşağıdakılardır:
Sığorta olunmuş əmlakın istismarında yol verilən səhvlər, işçi heyətinin ehtiyatsızlığı və ya üçüncü şəxslərin pis niyyətli hərəkətləri
Elektrik cərəyanının qısaqapanma, cərəyan gücünün və ya elektrik şəbəkəsində gərginliyin kəskin artması formasında təsiri, induksiyalanmış cərəyanın təsiri və ya digər analoji səbəblər;
Yanğın, şimşək vurması və ya məişət məqsədləri üçün istifadə olunan qaz partlayışı, yanğın söndürülərkən su ilə ziyan dəyməsi;
Su kəməri, kanalizasiya, istilik sistemlərindən və ya yanğınsöndürmə sistemlərindən su ilə ziyan dəyməsi;
Zəlzələ, vulkan püskürməsi və yaxud yeraltı od təsiri, dağ uçqunu, sürüşmə, fırtına, qasırğa, tufan, daşqın, dolu, tayfun, sunami, leysan kimi təbii fəlakətlər;
Qanunsuz yolla daxil olma ilə oğurluq, qarət və yaxud soyğunçuluq hərəkətləri;
Materialların qüsurluluğu, sığorta olunmuş əmlakın konstruksiyasında, hazırlanmasında və ya montajında səhvlər.