940 Daxil ol

Fərdi qəza sığortası

Fərdi qəza sığortası

 

Fərdi qəza sığortası haqqında

 

Fərdi qəza sığortası – fərdi sığorta növlərindən biridir. Bu sığorta növü hər hansı bir bədbəxt hadisə baş verdikdə sığorta olunan şəxsin sağlamlığının itirilməsi və ya ölümü səbəbindən yaranan zərərin ödənilməsi üçün nəzərdə tutulub.
 
“Fərdi qəza” dedikdə şəxs üzərində xarici fiziki təsirlərlə bağlı olan, onun həyat və sağlamlığına ziyan vuran qəfil, oncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) hadisə başa düşülür.  Xəstəlik, patalogiya və digər daxili səbəblər fərdi qəzalara aid edilmir.
 

Fərdi qəza sığortası üzrə təminatlar

 

Fərdi qəza sığortası sığorta olunanın həyat və sağlamlığına aşağıdakı ziyanın dəyməsinə səbəb olan fərdi qəzalara qarşı təminat verir:
  • Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
  • Ümumi əmək qabiliyyətinin daimi itirilməsi;
  • Ölüm halları zamanı;
Fərdi qəza sığortası məhsulunu əldə etməklə siz, sığorta hadisəsi zamanı ortaya çıxan maliyyə problemlərini öncədən həll etmiş olursunuz.
 
Fərdi qəza sığortası məhsulunu əldə etmək üçün online qaydada bizə müraciət edə bilərsiniz. Bizim sığorta mütəxəssislərimiz mütləq sizinlə əlaqə saxlayıb, mövcud şərtlər daxilində fərdi sığorta proqramı tərtib edəcəklər.
Whatsapp-a yaz

Onlayn əldə et

Onlayn əldə et
Onlayn əldə et