940 Daxil ol

KASKO SIĞORTA

Könüllü nəqliyyat sığortası

KASKO SIĞORTA

Kasko sığorta

 

Kasko sığorta avtomobillər üçün nəzərdə tutulmuş sığorta növüdür. Keçmiş illərlə müqayisədə son illər sığorta fəaliyyətlərinin yaxşılaşdırılması nəticəsində müxtəlif növ sığortalara maraq xeyli artmışdır. Kasko sığorta növündə əsas məqsəd avtomobil sahiblərinə müxtəlif səbəblərdən dəyən ziyanın qarşısını almaqdır. Belə ki, avtonəqliyyat hadisələri, oğurluq, hər hansı bir səbəbdən əşyanın hündür bir yerdən düşməsi, əzilmə, quldurluq, təbii fəlakət və ya heyvan tərəfindən avtomobilə edilən xəsarət kimi hallar zamanı kasko sığorta paketiniz varsa, sizə dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir. 

Azərbaycan Respublikasında 2005-ci ildən sonra istehsal olunan bütün növ avtomobillər Kaskoya qəbul olunur. Lakin avtomobilin istehsal ili 5 ili tamamlamayırsa, o zaman rəsmi servis təminatı verilir. Bu zaman hər hansı bir problem zamanı öhdəlik rəsmi servis tərəfindən yerinə yetirilir. Kasko sığorta qiymətləri hesablanarkən avtomobilin bazar dəyərinin 2.5-3.5%-i aralığı müəyyənləşdirilir. Bundan əlavə sürücünün yaşı, təcrübəsi, avtomobilin mühərrikinin həcmi, markası və s kimi məsələlərə də diqqət edilir. Avtomobilə dəymiş zərər bank yolu ilə ödənilir. Atəşgah sığorta olaraq sizə müxtəlif qiymət aralığında Kasko sigorta paketləri təklif edirik. 
 

Kasko sığorta qiyməti haqqında

 

Kasko sığorta qiyməti əsasən bir neçə meyarlar əsasında formalaşır. Nəqliyyat vasitəsinin mühərrik həcmi, avtomobilin mövcud vəziyyəti, marka və modeli dəyərləndirilərək kasko sığorta qiyməti təyin edilir. Hətta sığorta üzrə qiymət təyin etmə mexanizminə sürücünün yaşı,stajı və digər bu kimi məlumatların da kifayət qədər təsiri mövcuddur. Hal hazırda klassik və premium kasko sığorta paketlərimiz mövcuddur. Kasko sığorta qiyməti qeyd etdiyimiz sığorta paketlərindən asılı olaraq dəyişir. 

Kasko sığorta və sığorta riskləri

 

Avtonəqliyyat vasitələrinin icbari sığorta növündən fərqli olaraq, sığortalı bu sığorta növüylə öz daşınar əmlakını sığortalayır ki, bu da kasko ilə icbari sığorta arasındakı ən önəmli fərqdir.Sığortalı şəxsin nəqliyyat vasitəsi hərəkət halında ikən və ya dayanarkən zədələnərsə, yanarsa sığortalıya dəymiş ziyan sığortaçı tərəfindən aradan qaldırılır.

Unutmayın ki, gözlənilməz hadisələrin bizə vura biləcəyi iri həcmli maddi zərərlərdən öncədən KASKO sığortası ilə sığortalana bilərik. 

Kasko Sığorta üzrə sığorta riskləri: 

 

  • avtonəqliyyat hadisəsi;
  • təbii fəlakət;
  • atılmış və ya düşmüş əşya;
  • heyvanların hərəkəti;
  • örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;
  • yanğın və partlayış;
  • oğurluq və quldurluq;
  • üçüncü şəxsin qanunazidd hərəkəti.

 

Əgər siz də, kasko sığorta əldə etmək istəyirsinizsə elə indi onlayn qaydada müraciət edə bilərsiniz.

Whatsapp-a yaz

Tez-tez verilən suallar

KASKO üzrə sığorta məbləği nə qədər təşkil edir?

KASKO üzrə sığorta məbləği sığorta şəhadətnaməsində nəqliyyat vasitəsinin bazar dəyərinə müvafiq olaraq təyin edilir.

KASKO üzrə sığorta hadisəsi baş verdikdə nə etmək lazımdır?

Sığorta hadisəsi baş verdikdə Sığortalı dərhal Sığortaçıya 7/24 əlaqə telefonu: (012) 940, sığorta hadisəsinin xarakterindən asılı olaraq müvafiq Dövlət Orqanlarına məlumat verməlidir.

Kasko üzrə sığorta hadisə baş verərsə nə edilməməlidir?

Kasko üzrə sığorta hadisəsi baş verərsə​ əməkdaşımız və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalı nəqliyyat vasitəsini hadisə yerindən götürməməlidir və hadisə yerini tərk etməməlidir.

KASKO sığorta üzrə ödənişdən imtina səbəbləri

Sığorta qaydalarının və sığorta müqaviləsinin pozulduğu, habelə zədələnmiş nəqliyyat vasitələrinin müstəqil olaraq tam və ya qismən təmiri.

Onlayn əldə et

Onlayn əldə et
Onlayn əldə et