940 Daxil ol

“Carçı” korporativ jurnalının yeni buraxılışı işıq üzü görüb

06.01.2023

“Atəşgah” Sığorta Şirkətinə məxsus “Carçı” korporativ jurnalının yeni - yanvar buraxılışı işıq üzü görmüşdür. “Carçı” jurnalında Şirkətin və əməkdaşların rüblük fəaliyyəti, yeniliklər, xəbərlər və s. kimi məlumatlar əks olunur. Qeyd edək ki, ildə 4 dəfə yayımlanan bu jurnal “Atəşgah” Sığorta Şirkətinin rəhbərliyi və əməkdaşları üçün buraxılır. Jurnalın yanvar buraxılışında Şirkətin 2022-ci ildə həyata keçirdiyi tədbirlər, uğurlu əməkdaşlar haqda rubrika, maraqlı məqalələr, psixoloji testlər və s. dərc olunub. Bildirək ki, Şirkət əməkdaşları hər yeni buraxılışı böyük həvəslə gözlədiklərini qeyd edirlər!