“Atəşgah” Sığorta Şirkəti KASKO üzrə 102 614 AZN sığorta ödənişi edib

19.04.2021

Azərbaycanın lider sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti KASKO üzrə iri sığorta ödənişi həyata keçirib.

Belə ki, Bakı-Qazax yolunun 20-ci km-də baş vermiş qəza nəticəsində “BMW 730” markalı avtomobilin sürücüsü telefon zənginə cavab verdiyi zaman yaşadığı diqqət yayğınlığı səbəbilə qarşıda hərəkət edən “Opel Astra” markalı avtomobillə toqquşub.  Güclü zərbə nəticəsində avtomobilə dəyən zərərin həcmi 102 614 AZN təşkil edib.

Şirkət bu sığorta hadisəsi üzrə KASKO sığortası qanunlarına uyğun olaraq müştəriyə 102 614 AZN həcmində ödəniş həyata keçirib.